📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron da bu ilin payızında parlament seçkilərinə gedəcək

2024-06-19 11:56:17

Makron da bu ilin payızında parlament seçkilərinə gedəcək

Fransa prezidenti Makron 2024-cü ilin payızında növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Bu barədə “La Depeche” nəşri xəbər verir. Mənbənin məlumatına görə, Makron bu qərarı payızda hökumətə etimadsızlıq səsverməsi səbəbindən öz kabnetinin buraxılmasından qorxduğu üçün verib.

Belə ki, iyunun 9-da Makron rəhbərlik etdiyi “Renessans” partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra ölkə parlamnetini buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq.

Ülviyyə, Hurriyyet.az