📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron: "Əlimizdə nə vardısa, Ukraynaya vermişik"

2025-05-14 11:45:10

Makron:

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin imkanları daxilində hər şeyi Ukraynaya verdiyini bildirib. 
Makron TF1 kanalının efirində Kiyevə silah və texnika tədarükündən danışarkən deyib: "Bizdə olan hər şeyi Ukraynaya vermişik. Hətta xeyli çox sayda və xeyli sürətli tempdə istehsal etmişik - hərbi iqtisadiyyat elə budur. Lakin səndə olmayanı verə bilməzsən. Lakin biz özümüzü öz təhlükəsizliyimiz üçün zəruri olandan məhrum edə bilmərik".
Makron Fransanın artıq Ukraynaya böyük miqdarda sursat, texnika, o cümlədə artilleriya sistemləri tədarük etdiyini də qeyd edib: "Biz verə bildiyimiz hər şeyi verməklə yanaşı, istehsalı üç dəfə artırmışıq. Bu il istehsal etdiyimiz hər şey Ukraynaya göndərilir. Biz hətta başqalarına satdığımız topları da toplayıb Ukraynaya göndərmişik. Beləliklə, bacardığımız hər şeyi etmişik".
Hürr Tərcüman