Makron: “Erməniləri heç vaxt atmayacağıq”
2021-12-16 17:44:00
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron öz “Tvitter” səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyü videonu yerləşdirərək yazıb: “Biz heç vaxt erməniləri atmayacağıq. Biz həmişə sabit sülh üçün həll yolu axtaracağıq”.
Makron qarşıdakı bayram günlərini humanizm, sülh, əmin-amanlıq dövrünə çevirməyə çağırıb.
Bəlli olduğu kimi, dünən Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Paşinyanın qeyri-rəsmi görüşü keçirilib.
Hürr Tərcüman
https://twitter.com/EmmanuelMacron/status/1471276734888697861