📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron etirazlara görə tənqid olundu: "Özü zorakılıqda maraqlıdır"

2026-11-01 18:29:20

Makron etirazlara görə tənqid olundu:

Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov Fransada davam edən etirazlar fonunda Prezident Emmanuel Makronu tənqid edib.

Modern.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edərək Parisdə hələ də "Molotov kokteylləri"nin partladıldığını bildirib. Senator paytaxtın rayonlarından birində hüquq-mühafizə orqanlarının ofisinə hücum edildiyini əks etdirən fotoya da diqqət çəkib.

“Makron bütün sərt tədbirlər vədlərinə baxmayaraq, hələ də Fransada qayda-qanun yaratmağı öyrənməyib”, – deyə Puşkov yazıb.

Rusiyalı senator iddia edib ki, əks halda Fransa Prezidenti hansısa səbəbdən zorakı etirazların davam etməsində maraqlı ola bilər. O, həmçinin bildirib ki, fransalı ekspertlər aksiyaların kənardan yönləndirildiyini və maliyyələşdirildiyini düşünürlər.