Makron İrana xəbərdarlıq etdi
2023-10-24 15:33:01
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İran dövlətinə, Livanın “Hizbullah” təşkilatına və digər regional qüvvələrə xəbərdarlıq edərək, onları İsrailə qarşı yeni cəbhə açmamağa çağırıb.
Makron İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə keçirdiyi mətuat konfransındakı çıxışı zamanı deyib: “Mən “Hizbullah” təşkilatına, İran hakimiyyətinə, Yəməndəki husilərə və regionda İsraili təhdid edən digər oyunçulara xəbərdarlıq etmək istərdim ki, yeni cəbhə açmaq kimi düşünülməmiş riski öz üzərlərinə götürməsinlər”.
Hürr Tərcüman