Makron istefa verə bilər
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərində sağ qüvvələrin qalib gələcəyi təqdirdə dövlət başçısı postundan istefa vermək imkanlarını öz ətrafı ilə birlikdə müzakirə edir. Bu barədə "Europe 1" radiostansiyası mənbəyə istinadla məlumat verib.
Makrona yaxın şəxslərdən biri radiostansiyaya müsahibəsində deyib: "Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır. O, öz beşillik müddətinin son hissəsindən keçməyə hazırdır".
Radionun iddiasına görə, "fövqəladə tədbirlər ssenarisini" Makron son həftələrdə müsahiblərindən biri ilə müzakirə edib. Radiostansiya eyni zamanda onu da vurğulayır ki, istefa Prezidentin üstünlük verdiyi variant deyil.
"Milli birlik" partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə, Prezidentin seçə biləcəyi digər strategiya onunla bərabər hakimiyyətdə qalmaq, "bu partiyanın siyasətinin 2027-ci ilə qədər süquta uğramasına mane olmamaqdır". Həmin il Fransada növbəti prezident seçkiləri keçirilməlidir.
Hürr Tərcüman