📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Kiyevə gedəcək

2024-03-11 12:24:47

Makron Kiyevə gedəcək

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Kiyevə səfər edəcəyi planlaşdırılır. Bu barədə məlumatı AFP agentliyi Yelisey sarayına istinadla verib. Məlumatda bildirilir ki, səfər barəsində qərar Makronun bazar günü, martın 10-da ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbətindən sonra bəyan edilib. Ukrayna Prezidenti səfər barəsində X şəbəkəsində məlumat verib.
İki ölkənin liderləri telefon danışığı zamanı kibertəhlükəsizlik, minaların təmizlənməsi və silah istehsalı sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərdiklərini bildiriblər.
Hürr Tərcüman