“Makron Krımı yox, Bordonu Rusiyaya verə bilər” – Ukraynadan “Marsax” təklifi
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində deyib: “Fransa Prezidenti Emmenauel Makron Kiyevin adından danışıqlar aparmaq istəyirsə, Bordonu verməyə hazır olmalıdır. Makron Ukrayna xalqının arxasından iş çevirib Krımla bağlı sövdələşmə apara biləcəyini hesab edirsə, çox böyük səhv edir. Mən Makrona Fransanın bir hissəsindən imtina eləməyi təklif edirəm. O bunu edə bilərmi? Qoy Bordonu, yaxud da Fransanın digər bir hissəsini başqa ölkəyə versin”.
Azərbaycan Prezidenti İlham Əliyev də Makron iqtidarının yanlış xarici siyasəti ilə bağlı bənzər çıxış eləmişdi. Prezident Əliyev Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı 2020-ci il 1 dekabr tarixli çıxışında demişdi: “Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz"
Hürr Tərcüman
.png)