📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron məğlubiyyətdən sonra "yoxa çıxıb"

2024-07-02 15:13:30

Makron məğlubiyyətdən sonra

Parlament seçkilərinin birinci mərhələsində Marin Le Penin "Milli birlik" (RN) partiyası qələbə çaldıqdan sonra Fransa Prezidenti Emmanuel Makron "yoxa çıxıb".
Bu barədə "Blumberq" nəşri məlumat verib. Agentliyin məlumatına görə, respublikanın rəhbərini axırıncı dəfə seçkilərin nəticələrinin açıqlanmasına bir neçə saat qalmış, çimərlikdə həyat yoldaşı ilə gəzərkən görüblər.
Qeyd edilir ki, seçki kampaniyası zamanı Makronun müşavirləri reytinqi aşağı olduğu üçün ona "çox gözə çarpmamağı" məsləhət görüblər. Lakin buna rəğmən, Makron jurnalistlərin qarşısına çıxıb və rəqiblərinin qələbə çalacağı təqdirdə ölkədə vətəndaş müharibəsi təhlükəsini yaranacağını deyib.
Hürr Tərcüman