📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Netanyahu ilə telefon danışığı zamanı Qəzzada müharibənin dayandırılmasının  vacib  olduğunu bildirib

2024-06-04 21:32:59

Makron Netanyahu ilə telefon   danışığı zamanı Qəzzada müharibənin dayandırılmasının  vacib  olduğunu bildirib

Hurriyyet.az

Yelisey Sarayından verilən yazılı açıqlamaya görə, Netanyahu ilə telefon danışığı olan Makron Qəzzada müharibənin dayandırılmasının  vacib  olduğunu bildirib.

ABŞ prezidenti Co Baydenin atəşkəs planını dəstəklədiyini bildirən Makron, HƏMAS-ı bu razılaşmanı qəbul etməyə çağırıb.

Makron qeyd edib ki, sözügedən razılaşma İsrail üçün lazımi təhlükəsizliyi təmin edə biləcək və fələstinlilərin qanuni tələblərinə cavab verə biləcək iki dövlətli həllin tətbiqi prosesini yenidən başlatmalıdır.

“Humanitar yardımın daşınması yollar da daxil olmaqla, bütün mümkün marşrutlar vasitəsilə əlavə maneələrlə qarşılaşmadan həyata keçirilməlidir”. Makron Fransanın sülh və təhlükəsizliyə töhfə vermək əzmini vurğulayıb.

Makron Qəzzanın gələcək Fələstin Dövlətinin ayrılmaz hissəsinə çevrilməsi üçün bu ölkənin beynəlxalq ictimaiyyətin köməyi ilə islah edilməli və gücləndirilməsi lazım olduğunu ifadə edərək, Netanyahudan Fələstinə gəlir transferinin yenidən başlamasını istəyib./AA