📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron partiyasının məğlubiyyətini etiraf etdi

2024-06-10 11:40:02

Makron partiyasının məğlubiyyətini etiraf etdi

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki sarsıdıcı məğlubiyyəti barəsində açıqlama verib. Makron Avropada Ukraynaya yardımın əleyhinə çıxış edən partiyaların güclənməsindən şikayətlənib.
Makron qeyd edib ki, ultrasağ partiyalar son illərdə "Avropanın dəstəklədiyi tərəqqiyə, o cümlədən iqtisadi inkişaf, sərhədlərin müdafiəsi və Ukraynaya yardıma qarşı çıxırlar". 
Makron Avropa inteqrasiyası tərəfdarları, o cümlədə, onun özünün Fransadakı hakim partiyası üçün nəticələrin qənaətbəxş olmadığını söyləyib.
Makron deyib: "Seçkilərin əsas nəticəsi aydındır. Bu, Avropa inteqrasiyası tərəfdarı olan partiyalar, o sümlədən, Fransadakı Prezident düşərgəsi üçün yaxşı nəticə deyil".
Hürr Tərcüman