📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Paşinyanla danışdı – “Məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılacaq”

2022-09-13 21:09:00

Makron Paşinyanla danışdı –  “Məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılacaq”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinalda xəbər verir ki, Azərbaycanla Ermənistan sərhədindəki döyüşdən sonra Fransa BMT-nin Təhlükəsizlik Şurasının iclasını keçirməyi qərara alıb. Bu barədə məlumatı Yelisey sarayı verib. Açıqlamada bildirilir ki, Prezident Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon söhbətindən sonra “Fransa Ermənistan-Azərbaycan sərhədindəki məsələni BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə təqdim edəcək”. Bəlli olduğu kimi, hazırda Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Hürr Tərcüman