📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi

2023-09-09 10:56:26

Makron Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib və bütün fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Frans-press” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb. 

Söhbətin “Azərbaycan-Ermənistan sərhədində və Qarabağ yaxınlığında hərbi resursların toplanması ilə bağlı həyəcanlı xəbərlər kontekstində” getdiyi qeyd edilir. 

Makron Qarabağla bağlı vəziyyətin və sərhəddəki durumun diplomatik vasitələrlə həllinə sadiqliyini təsdiqləyib. 

yenisabah.az