Makron: “Putin dünyanı çörəklə imtahana çəkir”
2023-07-19 08:50:00
Hurriyyet.az CNN kanalına istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 18-də Brüsseldə keçirilən brifinq zamanı Rusiya Federasiyasının Qara Dəniz taxıl müqaviləsindən birtərəfli şəkildə çıxmaq qərarından Yaxın Şərq, Afrika və hətta Asiya ölkələrinin zərər çəkəcəklərini söyləyib.
Makron deyib: “Hələ də Putinin səmimiyyətinə və ümumi rifahı düşünəcəyinə ümid edənləri üçün cavab çox aydındır: o, ərzaqdan silah kimi istifadə eləmək qərarına gəlib. Bu qərar böyük bir xətadır”.
Hürr Tərcüman