📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Rusiya bayrağı ilə bağlı açıqlama verdi

2023-09-07 19:08:53

Makron Rusiya bayrağı ilə bağlı açıqlama verdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Fransa mətbuatına müsahibəsində Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının olmayacağını bildirib.

Makron “L'Equipe” qəzetinə müsahibəsində 2024-cü il 26 iyul-11 avqust tarixlərində Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı fikirlərini söyləyib. Fransa Prezidenti deyib: “Parisdəki Olimpiadada Rusiya bayrağı olmamalıdır. Müharibə cinayətləri törədən Rusiyanın 2024-cü il Olimpiadasında yeri yoxdur”. Makron rusiyalı atletlərin Olimpiya Oyunlarında şəxsən iştirak eləməsi ilə bağlı qərarın BOK tərəfindən veriləcəyini də deyib.

Makron deyib: “Olimpiada dünyanın həll eləməli olduğu əsl məsələ bəzən ömür boyunca hazırlıq görən və eyni zamanda bu rejimin qurbanı da ola bilən rusiyalı idmançılara hansı yerin veriləcəyidir”.

Hürr Tərcüman