📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron: “Rusiya ilə dialoq Avropada təhlükəsizliyi təmin edəcək”

2022-02-07 23:43:00

Makron: “Rusiya ilə dialoq Avropada təhlükəsizliyi təmin edəcək”

“Rusiya ilə dialoq Avropada sabitliyə və təhlükəsizliyə nail olmaq üçün əsas vasitədir”.

Bunu Fransa prezidenti Emmanuel Makron Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü zamanı deyib.

“Düşünürəm ki, dialoq indi həmişəkindən daha aktualdır. Bu dialoq lazımdır: yalnız o, Avropa qitəsində təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - Makron bildirib.

Fransa lideri bildirib ki, hazırda Avropada vəziyyət kritikdir və bütün tərəflər məsuliyyətli davranmalıdır. \\Report