"Makron, Şolts və Tusk arasında "Veymar üçbucağı" formatında görüş keçiriləcək"
2024-03-13 14:10:20
Hurriyyet.az xəbər verir ki, "Politiko" nəşrinin mənbələrə istinadla yazdığına görə, martın 15-də Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Berlin şəhərində görüşəcəklər.
"Veymar üçbucağı" formatında görüşün səbəbinin Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarının aradan qaldırmaq olduğu bildirilir.
Hürr Tərcüman