Makron təcili Yeni Kaledoniyaya gedir
2024-05-21 17:55:32
Hurriyyet.az "Haber Qlobal" kanalına istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkənin Sakit okeanda yerləşən müstəmləkəsi olan Yeni Kaledoniyaya gedəcəyini bəyan edib.
Bəlli olduğu kimi, müstəmləkə ərazisində son dövrlərdə Fransa hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.
Fransa Nazirlər Kabinetinin Yelisey sarayındakı iclasından sonra qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Makron dialoq və müzakirə prosesi missiyası yaratmaq məqsədi ilə bu axşam Yeni Kaledoniyaya gedəcək.
Hürr Tərcüman