📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Trampın qərarını “səhv” adlandırdı

2026-04-20 21:26:53

Makron Trampın qərarını “səhv” adlandırdı

Fransa Prezidenti Emmanuel Makron ABŞ-li həmkarı Donald Trampın İranla bağlı siyasətini tənqid edib.

Modern.az-ın məlumatına görə, Makron bildirib ki, Vaşinqtonun İrana qarşı məqsədli blokadanı davam etdirmək qərarı vəziyyətə təsirsiz ötüşməyib. Onun sözlərinə görə, bu addımdan sonra İran hakimiyyəti əvvəlki mövqeyini dəyişə bilər.

“ABŞ-nin bu qərarından sonra, xüsusilə İrana qarşı blokadanın saxlanılması fonunda İran tərəfinin ilkin mövqeyini dəyişməsi tam mümkündür. Düşünürəm ki, bu, hər iki tərəf üçün səhvdir”, – deyə Makron vurğulayıb.