📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Makron və Paşinyanın bir avaz ifa etməsi təsadüfi və təəccüblü deyil" - NURLAN QƏLƏNDƏRLİ

2024-03-05 11:06:57

"Tarixi faktlar və bugünkü reallıqlar fransızlar ilə ermənilərin ortaq gen yaddaşına malik olduqlarını əks etdirir"

"Bu gün Makron və Paşinyanın iki ağızdan bir avaz ifa etməsi təsadüfi və təəccüblü deyil". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli bildirib.

Politoloqun sözlərinə görə, tarixi faktlar və bugünkü reallıqlar fransızlar ilə ermənilərin qan qohumluğuna olmasa da, ortaq gen yaddaşına malik olduqlarını əks etdirir: "Sadəcə iki fakta, bir gerçəkliyə nəzər salaq: - Azərbaycanın əzəli torpaqlarını 30 il ərzində hərbi-siyasi əsarətdə saxlayan ermənilərin məscidlərdə donuz bəsləmələri müsəlmanlara qarşı təhqiramiz münasibətin və barbarlığın göstəricisidir; - Tunisi 75 il, Əlcəzairi 132 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğalda saxlayan Fransanın istilaçı əsgərlərinin Misirdə məscidlərdə "at oynatmaları", ibadətgahları spirtli içki məclislərinə və tövləyə çevirmələri təkzibedilməz faktdır. Ritorik olsa da, soruşaq: şərhə ehtiyac varmı?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az