📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?!" - Zaxarova

2023-09-27 14:04:05

Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb.

“Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan”, - Rusiya XİN sözçüsü vurğulayıb./Azpolitika.info/