📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron yenə Hindistana gedir

2026-02-10 19:30:37

Makron yenə Hindistana gedir

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-19-da Hindistana səfər edəcək və orada Baş nazir Narendra Modi ilə görüşəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Hindistan XİN-in bəyanatına istinadən məlumat yayıb.

Modi və Makron Hind-Sakit okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.

Fransa Prezidenti həmçinin Dehlidə keçiriləcək "AI Impact Summit"də iştirak edəcək.

"Makron Hindistan və Fransa İnnovasiya İlinin açılışını etmək üçün Hindistanın maliyyə paytaxtı Mumbaya səfər edəcək", - məlumatda bildirilib.