📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Yeni Kaledoniyadadır

2024-05-23 13:19:30

Makron Yeni Kaledoniyadadır

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron baş vermiş iğtişaşlarla əlaqədar Sakit okeandakı Yeni Kaledoniya adalarına səfər edib. Bu barədə "ABC News" kanalı məlumat verib.
Fransa Prezidentini səfərdə müdafiə naziri Sebastyan Lekornyu, daxili işlər naziri Jerald Darmanen və xarici ərazilər naziri Mari Qevenu müşayiət edir.
Makronun adalara səfəri cəmi bir gün davam edəcək.
“France Info” telekanalı bildirir ki, prezident yerli rəsmilər və Yeni Kaledoniyanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Darmanenin daha əvvəl dediyi kimi, səfərin yekununda prezidentin adalarda “siyasi deyil, inzibati şəxslərə” həvalə edilmiş “missiya”nın yaradılmasını elan etməsi planlaşdırılıb.
Hürr Tərcüman