Makron Yeni Kaledoniyanı müharibəyə sürükləyir
Yeni Kaledoniyada vətəndaş müharibəsi ərsəyə gəlmək üzrədir. Fransa prezidenti Emmanuel Makron Parisdən 17 min kilometr aralıda yerləşən Yeni Kaledoniyada vəziyyəti gərginləşdirir.
Bu barədə Türkiyənin “Haber Global” televiziyasının süjetində deyilir.
Materialda qeyd olunur ki, Fransa Afrikadan qovulduqdan sonra öz təsirini Ermənistan və Cənubi Qafqaza da genişləndirməyə çalışır. Makron “beşinci respublika”nın Afrikadan qovulmasının səbəblərini Rusiya və Türkiyədə görür.
"Hazırda Makron Yeni Kaledoniyada sabitliyin pozulmasında əsas rol oynayır" hekayədə deyilir.
Həmçinin qeyd olunur ki, mayın 13-də Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada etirazlar başlayıb və bu etirazlar adada 10 ildən artıqdır yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu təmin edən konstitusiya dəyişikliyi ilə başlayıb.
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai tədbirləri qadağan edib. Yerli media hadisə nəticəsində azı 4 nəfərin öldüyünü bildirib.
Ülviyyə, Hurriyyet.az