Makron Zelenski ilə görüşdü
2022-02-08 17:40:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında danışıqlar başlanıb. Görüşdən sonra prezidentlər mətbuata birgə açıqlama verəcəklər.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında gərginlik fonunda Makron dünən rusiyalı həmkarı Vladimir Putin ilə 6 saata yaxın davam edən danışıqlar aparıb.
Hürr Tərcüman