📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makrona hücum edildi!

2022-04-27 17:30:00

Makrona hücum edildi!

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, üç gün bundan əvvəl yenidən Fransa Prezidenti seçilmiş Emmanuel Makron Serji şəhərinin bazarında gəzintidə olarkən ona çerri pomidorları atıblar. Pomidorlar prezidentin yanındakı iki nəfərə tuş gəlib. “Hücuma məruz qalanlardan” biri Makronun mühafizəçisi olub.

Hadisə ilə bağlı kadrları BFMTV telekanalı paylaşıb.

Ötən il isə Lion şəhərindəki yarmarkada gəzərkən Makrona yumurta atmışdılar.

Hürr Tərcüman