📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makrondan bunu xahiş etdim, bildirdi ki... – Rəisi

2022-10-08 17:27:00

Makrondan bunu xahiş etdim, bildirdi ki... – Rəisi

İran nüvə məsələsi ilə bağlı danışıqlardan qaçmır.

Hurriyyet.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

Rəisi bildirib ki, İranın tərəqqisi Qərb ölkələrinin tələblərindən asılı olmayacaq:

“Onlar dedilər ki, bizimlə razılaşın və dediyimiz müqavilələri imzalayın ki, ölkənizin problemləri həll olunsun. Biz şərəfli danışıqlara hazır olduğumuzu bildirdik. Məntiqli tələblərimiz olduğu üçün danışıqlar masasından da yayınmırıq”.

İran prezidenti xatırladıb ki, Nyu Yorkda Fransa lideri Emmanuel Makronla məsələ ilə bağlı müzakirələr aparıb:

“Mən cənab Makron və Nyu Yorkdakı ekspertlərdən hansı tələblərimizin məntiqsiz olduğunu demələrini xahiş etdim. Sonradan etiraf etdilər ki, bizim sözümüzdə haqq var”.