Makronun impiçmenti məsələsi gündəlikdədir
2024-09-17 10:38:39
Hurriyyet.az xəbər verir ki, sentyabrın 18-də Fransanın Milli Məclisində - parlamentin aşağı palatasında Prezident Emmanuel Makronun impiçmenti barəsində qətnamə müzakirə ediləcək. Qətnaməni "Əyilməz Fransa" adlı solçu partiya təklif edib. Təşəbbüs solçuların koalisiyasının parlament seçkilərindəki uğuruna baxmayaraq, Makronun solçuların təmsilçilərini yeni hökumətin tərkibinə daxil etməməsidir. Sənəd Fransa Konstitusiyasının 68-ci maddəsinə müvafiq şəkilrə hazırlanıb - həmin maddəyə görə, prezident öz vəzifələrinin pozulacağı təqdirdə, prezident vəzifəsindən kənarlaşdırıla bilər.
Hürr Tərcüman