Makronun İranla bağlı çağırışı
"İranı izolyasiya etmək lazımdır..."
"İsrail müdafiə olunur"
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron RMC radiosuna müsahibəsində Yaxın Şərqdə münaqişədən qaçmaq üçün İranın izolyasiya edilməsinin və ona qarşı sanksiyaların gücləndirilməsinin zəruri olduğunu deyib.
Makron deyib: "Bu gün biz münaqişədən qaçmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Buna münaqişə ilə cavab vermək olmaz. İranı izolyasiya etmək lazımdır. Regional ölkələr inanmalıdırlar ki, İran təhlükə doğurur. Sanksiyaları gücləndirməklə, atom sahəsindəki fəaliyyətinə təzyiq göstərməklə regionda sülhə yol tapmaq lazımdır".
"İsrail bu gün müdafiə olunur. Bu vəziyyətin kökü HƏMAS-ın İsrailə hücumlarıdır. Biz bir tərəfdən İsrailin tərəfində durub onun maksimal müdafiəsinə təminat verməliyik, digər tərəfdən münaqişədən yayınmaq üçün məhdudlaşdırıcı çağırışlar etməliyik. Hər dəfə yeni sərhəd pozuntularından qaçmaq lazımdır".
Onun sözlərinə görə, bununla bağlı Fransa bütün regioal tərəfdaşlarla çalışır, lakin ABŞ da böyük rol oynaya bilər: "Onlar İranın qarşısını almaq üçün mühüm rol oynaya bilərlər".
Hürr Tərcüman