📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makronun qəhrəmanlığı 2 gün çəkdi: Bayraq götürüldü

2022-01-03 15:50:00

Makronun qəhrəmanlığı 2 gün çəkdi: Bayraq götürüldü

AB-yə sədrliyin 6 ay müddətinə Fransaya keçməsi münasibətilə qurumun Parisdəki Zəfər tağına asılan bayrağı sağ və radikal sağçıların reaksiyalarından sonra götürülüb.

Hurriyyet.az xəbər verir ki, Fransanın Avropa Birliyi işlərindən məsul naziri Klement Bone cümə günü AB bayrağının bir neçə gün Zəfər tağında dalğalanacağını bildirmişdi. Lakin bayraq götürüləndən sonra Bone geri addım ataraq bayrağın planlaşdırıldığı kimi elə bazar günü endiriləcəyini deyib.

Qeyd edək ki, Avropa Birliyinin bayrağının Zəfər tağına taxılmasından sonra ultrasağçı partiya lideri Marin Le Pen Fransa hökumətindən bayrağın endirilməsini tələb etmişdi.