Makronun Ukraynaya hərbçi göndərmək ideyası ilə bağlı Zelenskinin açıqlaması
2024-02-29 14:26:33
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronun Avropa İttifaqının quru qoşunlarını Ukraynaya göndərmək təklifi ilə bağlı fikrini bildirib.
Zelenski deyib: Biz sağ qalmalıyıq. Sağ qalmaq isə Ukrayna üçün çox konkret qərarların olması deməkdir. Bu, çox mühümdü. Makron ideyanı səsləndirdi. Dedi ki, Ukraynanı gücləndirmək üçün müəyyən yeni ideyalar barəsində danışacaq və Ukraynaya nə zaman gələcəyi barəsində məlumat verəcək...Dünyadakı istənilən təşəbbüs Ukraynanı gücləndirirsə, həmin təşəbbüs bütün dünya üçün yaxşıdır".
Hürr Tərcüman