Malatyada 5.6 bal gücündə zəlzələ: Yaralıların sayı 110-a çatdı - Yenilənib
Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.
Ətraf rayonlada da hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində bir neçə bina dağılıb.
Məlumata görə, bir ata və qızı qəzalı vəziyyətdə olan binadan əşyalarını götürmək istədikdə bina uçub, ata və qızı dağıntılar altında qalıb.
***
Zəlzələ nəticəsində 1 nəfər həlak olub, daha 69 nəfər isə yaralanıb. 25 binanın uçduğu ehtimal edilir. Hazırda 5 binada axtarış-xilasetmə işləri aparılır.
***
Şəhərin Yeşilyurt adlı bölgəsində bir nəfər dağıntılar altından xilas edilib. Hazırda xilasetmə işləri davam etdirilir.
***
Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfər çatıb.
Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, dağıntlar altından 32 nəfər xilas edilib.