📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Malikanəsini satışa çıxardı - Bu qiymətə

2026-04-23 11:48:26

Malikanəsini satışa çıxardı - Bu qiymətə

“Bayern”in baş məşqçisi Vinsent Kompani Böyük Britaniyadakı əmlakını satmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, belçikalı məşqçi Çeşirdəki malikanəsini 3,45 milyon funt sterlinqə satışa çıxarıb.

Bu, çox güman ki, məşqçinin ailəsi ilə birlikdə Almaniyada qalmaq istəyi ilə bağlıdır. Kompani “Mançester Siti”də oyunçu karyerası ərzində 11 il Çeşirdəki malikanədə yaşayıb.

Vinsent Kompani 2024-cü ilin yayında “Bayern”in baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərliyi altında Münhen klubu iki dəfə Almaniya çempionluğunu və bir dəfə Almaniya Super Kubokunu qazanıb.