Manaf Ağayev qəza keçirdib: "Maşın 5 dəfə fırlandı"
2022-01-04 20:19:00
Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.
İfaçı "Tam vaxtıdır" verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:
"Elə bir avtomobil qəzası keçirmişəm ki... Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq". \\Lent.az