📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manaf Ağayevə görə polis polkovniki İŞDƏN QOVULDU

2022-03-07 13:19:00

Manaf Ağayevə görə polis polkovniki İŞDƏN QOVULDU

Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində polis zabiti xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirilib ki, yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.