📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manaf Ağayevlə iş adamı 15 sutka həbs edildi

2022-02-18 14:03:00

Manaf Ağayevlə iş adamı 15 sutka həbs edildi

İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan Hüseynov həbs edilib.

Hurriyyet.az-ın məlumatına görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.