📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manatın məzənnəsi sabit qalacaq - Rəsmi

2024-09-18 09:21:18

Manatın məzənnəsi sabit qalacaq - Rəsmi

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.