📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manatın nominal effektiv məzənnəsi azaldı

2026-01-31 21:37:51

Manatın nominal effektiv məzənnəsi azaldı

Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, aylıq müqayisədə 0,9 bənd az, ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,7 bənd azdır.

Yanvarın 1-nə manatın real effektiv məzənnəsi 115,8 bənd təşkil edib. Bu isə ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 bənd az, ötən il yanvarın 1-i ilə müqayisədə isə 9,3 bənd azdır.