📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mançester Siti” Haalandı yayda bu qiymətə sata bilər

2026-11-17 22:04:21

“Mançester Siti” Haalandı yayda bu qiymətə sata bilər

İngiltərənin “Mançester Siti” klubu norveçli hücumçusu Erlinq Haalandı yay transfer pəncərəsində satmağa hazırdır.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, klub rəhbərliyi maliyyə qalmaqalı fonunda komandanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq 26 yaşlı futbolçunun mümkün ayrılığı ilə barışıb.

Bildirilib ki, “şəhərlilər” Halandın transferi üçün 175 milyon avro tələb edəcəklər. Norveçli hücumçunun xidmətində Madrid “Real”ı, “Barselona”, PSJ və “Liverpul” maraqlıdır.

Qeyd edək ki, Haaland cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda 14 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir.