"Mançester Siti" klubu bu halda İngiltərə Premyer Liqasından qovulacaq
2024-01-19 22:57:03
"Mançester Siti" klubu İngiltərə Premyer Liqasından qovula bilər.
Bu barədə "Talk Sport" nəşri məlumat yayıb. "Şəhərlilər"in ittiham olunduğu 115 maliyyə pozuntusuna həqiqətən də yol verdiyi sübut olunsa, komanda İngiltərə çempionatından uzaqlaşdırılacaq.
Yayılan xəbərlərə baxmayaraq, bu, bir ehtimaldır və gerçəkləşmə faizi aşağıdır.
Qeyd edək ki, daha öncə "Everton" və "Nottinqem Forest" klublarının maliyyə pozuntusuna görə xalları silinib. \\Offsideplus.az