"Mançester Siti" onu 90 milyon avroya transfer edəcək
2023-08-02 19:33:00
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Premyer Liqa təmsilçisi, "Leypsiq"in mərkəz müdafiəçisi Josko Qvardiolla anlaşmaq üzrədir.
Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.
Xəbərə görə, 21 yaşlı xorvatiyalı oyunçu MS üçün tibbi müayinədən keçəcək.
Onun keçidinin "şəhərlilər"ə 90 milyon avroya başa gələcəyi qeyd olunur. \\Offsideplus.az