📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mançester Yunayted" sabiq "Fənərbağça"lı üçün 50 milyon avro təklif edir!

2022-10-03 21:35:00

"Napoli"nin bu yay "Fənərbağça"dan transfer etdiyi Kim Min Ce İngiltərənin "Mançester Yunayted" klubunun hədəfindədir.

A Seriyasında keçirdiyi son 6 matçda 2 qol vuran 25 yaşlı müdafiəçi İtaliyada sentyabr ayının oyunçusu seçilib. "Mançester Yunayted"in futbolçu ilə yaxından maraqlandığı bildirilir. Klub rəhbərliyi cənubi koreyalı oyunçu üçün 2023-cü ildə aktivləşəcək 50 milyon avro olan sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Kim Min Ceni mövsümün əvvəlində 18 milyon avro qarşılığında "Fənərbağça"dan "Napoli"yə transfer olunmuşdu. \\Offsideplus.az