"Mançester Yunayted" "Siti"ni məğlub etdi, kubok "Old Trafford"a gəldi - VİDEO
2024-05-25 22:06:50
İngiltərə Kuboku finalında "Mançester Siti" "Mançester Yunayted" ilə üz-üzə gəlib.
Hurriyyet.az Offsideplus.az-a istinadla xəbər verir ki, "şəhərlilər"i 2:1 hesabı ilə məğlub edən "qırmızı şeytanlar" titula yiyələnib.
Oyunda vurulan qolları təqdim edirik:
İngiltərə Kuboku, final
"Mançester Siti" 1-2 "Mançester Yunayted"
⚽️Qarnaço, 30.
⚽️Mayno, 39.
⚽️ Doku, 87.