📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mançester Yunayted"in baş məşqçisi işdən çıxarıldı

2024-10-28 18:07:06

Hurriyyet.az xəbər verir ki, "Mançester Yunayted" klubu İngiltərə premyer-liqasının 9-cu turundakı görüşdə komandanın "Vest Hem"ə məğlubiyyətindən (1:2) sonra baş məşqçi Erik ten Qaqanı işdən azad edib.
Bu barədə klubun mətbuat xidməti məlumat verib.
Ten Qaq 2022-ci ilin aprelindən bəri kluba məşqçilik edirdi. Onun rəhbərliyi dövründə komanda 2023-ü ildə Liqa kubokunu, 2024-cü ildə isə İngiltərə kubokunu qazanıb.
"Vest Hem"ə məğlubiyyətdən sonra "Mançester Yunayted"  İngiltərə çempionatının turnir cədvəlində 11 xalla 14-cü yeri tutur.
Hürr Tərcüman