📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mançester Yunayted"in futbolçusu İspaniya klubuna transfer olunub

2024-07-11 22:22:28

İspaniya təmsilçisi "Jirona" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusunu transfer edib.

Hurriyyet.az xəbər verir ki, "ağ-qırmızılar" müdafiəçi Donni van de Beklə anlaşıb.

27 yaşlı niderlandlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Donni van de Bek ötən mövsümün ikinci yarısını Almaniyanın "Ayntraxt" komandasında keçirib.