📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mançester Yunayted"in ulduz oyunçusu həbs edildi

2022-10-15 22:22:00

“Mançester Yunayted” klubunun hücumçusu Meyson Qrinvud həbs edilib.

Futbolçu zorlamada şübhəli bilinir. Böyük Britaniya polisi tərfindən həbs edilən futbolçu həmçinin girov qarşılığı azadlığa buraxılma qaydalarını pozmaqda da ittiham olunur.

Futbolçunun öz qurbanı ilə görüşdüyündən ehtimal edilir ki, bu da Britaniya qanunlarına görə qadağandır.

Hazırda, futbolçu məlum hadisə ilə bağlı dindirilir.

Xatırladaq ki, yanvarın 30-da hücumçunun sevgilisi, model Harriet Robson sosial şəbəkələrdə dodaqları partlamış vəziyyətdə və bədənində qançırlar olan fotolarını yayıyıb. O bildirib ki, Qrinvud onu döyüb və zorlayıb. Bundan sonra “Mançester Yunayted” 20 yaşlı oyunçunu komandadan kənarlaşdırıb.

Qeyd edək ki, Qrinvud "qırmızı şeytanlar"ın yetirməsidir və 2018-ci ildən əsas komandada oynayır. \\Offsideplus.az