📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mançester Yunayted"in yeni baş məşqçisi 70 milyonluq futbolçunu tələb etdi

2024-11-02 19:07:12

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorimin heyətində görmək istədiyi futbolçu bəlli olub. 

Mütəxəssis "Sportinq"in müdafiəçisi Usman Diomandenin "qırmızı şeytanlar"a keçidini istəyir. Bu barədə "Sun Sport" nəşri məlumat yayıb. 

20 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avrodur. O, Fil Dişi Sahili millisinin üzvüdür.  \\Offsideplus.az