📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maqsud Mahmudovdan XƏBƏR var

2022-07-29 09:46:00

Maqsud Mahmudovdan XƏBƏR var

Bakı Apellyasiya Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 10-na təyin edilib.

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.