📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mardində yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb

2022-08-20 23:58:00

Mardində yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".

21:17

Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

Əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 

Report