📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mariupolda mindən çox ukraynalı hərbçi təslim oldu

2022-04-13 13:42:00

Mariupolda mindən çox ukraynalı hərbçi təslim oldu

Mariupolda 162 zabit və 47 qadın hərbçi də daxil olmaqla 1000-dən çox Ukrayna əsgəri könüllü olaraq təslim olub.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, 36-cı Dəniz Briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq silahlarını yerə qoyaraq təslim olub.

O bildirib ki, 36-cı dəniz piyada briqadasının 151 yaralı ukraynalı hərbçisinə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onların hamısı müalicə üçün Mariupol şəhər xəstəxanasına aparılıb.